Azərbaycanda banklar kredit faizləri hesabına nə qədər gəlir əldə edir?

Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən kreditlər üzrə bu ilin birinci yarısında 1 milyard 36 milyon manatdan çox faiz alınıb. Yalnız iyun ayı ərzində alınan faizlərin məbləği 183,5 milyon manat təşkil edib.
Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara əsasən xəbər verir ki, bankların kreditlər üzrə faiz gəliri son illərdə bir qədər də artıb. Artımın əsas səbəbi kredit qoyuluşunun artmasıdır.
Əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu il faiz gəlirləri daha çox artıb. 2020-ci birinci yarısında banklar kreditlərdən faiz hesabına 806 milyon manat, 2021-ci ildə bundan bir qədər çox faiz gəliri əldə edilmişdi. Cari dövrdə faiz gəlirlərində xeyli artım qeydə alınıb.
Bankların kreditlər üzrə gəlirləri artsa da depozit faizləri üzrə xərcləri artmayıb. Birinci yarımildə xərclər 206 milyon manat təşkil edib.
Nəticədə bankların cari ildə faizlərdən gəliri xeyli artaraq 940 milyon manata çatıb.
Vasif
Sfera.az