Logo

Bank VTB-nin vəziyyəti ağırdır: yığılmış zərər 242 milyon manatdan çoxdur

Bank VTB-nin vəziyyəti ağırdır: yığılmış zərər 242 milyon manatdan çoxdur
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci ilin birinci yarısının nəticələrinə əsasən Bank VTB (Azərbaycan) ASC-nin vəziyyəti bir qədər də pisləşib. Bu dövrdə bankın aktivlərində və hüquqi şəxslərin depozitlərinin həcmində kiçilmə baş verib, eyni zamanda yığılan zərərin miqdarında azalma olsa da, zərərin məbləği böyük olaraq qalıb.

Sfera.az xəbər verir ki, Bank VTB-nin aktivlərinin həcmi ilin birinci yarısı ərzində təxminən 30 milyon manat (12,5 faiz) azalaraq 203,4 milyon manata düşüb.

Aktivlərdə azalmanın səbəbi nağd pul vəsaitlərinin həcminin iki dəfəyə yaxın azalmasıdır. İlin əvvəli ilə müqayisədə nağd pul vəsaitlərinin həcmi 46,7 milyon manatdan 24,8 milyon manata qədər kiçilib.

Aktivlərə azaldıcı təsir edən digər amil xalis kreditlərin həcminin azalmasıdır. Bu cür kreditlərin həcmi 6 ay əvvəl 152 milyon manat olduğu halda, iyulun 1-də 146 milyon manata düşüb.

Bankda olan depozitlər də azalıb. Əvvəl 88,7 milyon manat olan depozitlərin həcmi indi 65 milyon manatdır.

Depozitlərin azalması hüquqi şəxslərlə əlaqəlidir. Yarım il ərzində hüquqi şəxslər bu bankda olan depozitlərinin həcmini 35 milyon manatdan 8 milyon manata kimi azaldıb.

Bank VTB ilin birinci yarısında gəlirini artıraraq 6,2 milyon manata çatdırıb. Gəlirin artmasına baxmayaraq bankın əvvəlki dövrlərdən qalan böyük həcmdə zərəri var.

Zərərin həcmi 242,5 milyon manatdır.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR