Logo

Bu günədək istehlakçılara qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI

Bu günədək istehlakçılara qaytarılan ƏDV-nin məbləği AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən bu günədək alınan mallara görə ödənilən ƏDV-nin məbləği 267,2 milyon manatı ötüb.

Sfera.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb.

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin iyulunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651 001 786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222 747 769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR