Rəsmi Moskva bu məsələdə ABŞ-ın razılığını gözləyir - 50 milyon ton taxıl ixrac edə bilər

Rəsmi Moskva bu məsələdə ABŞ-ın razılığını gözləyir - 50 milyon ton taxıl ixrac edə bilər

Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya taxılına qoyulan məhdudiyyət aradan qaldırılarsa, ölkəsi 50 milyon ton taxıl ixrac edə bilər.


Sfera.az xəbər verir ki, o, bu açıqlamanı Tehranda keçirilən Astana Üçtərəfli Liderlər Zirvə Toplantısından sonra rusiyalı jurnalistlərə verib.


Putin qeyd edib ki, Ukrayna taxılının çıxarılmasına kömək etmək üçün Rusiya taxılına qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. “Biz Ukrayna taxılının ixracına kömək edəcəyik, lakin Rusiya taxılının tədarükünə qoyulan bütün məhdudiyyətlər də aradan qaldırılmalıdır”, - deyən Putin bu şərtlərə indiyədək heç kimin etiraz etmədiyini söyləyib: “Amerikalı tərəfdaşlarımız da daxil olmaqla heç kimdən şərtlərimizlə bağlı etiraz eşitməmişik. ABŞ Rusiya gübrələrinə qoyulan məhdudiyyətləri aradan qaldırıb. Ümid edirəm ki, vəziyyəti yaxşılaşdırmaq istəyirlərsə, Rusiyanın taxıl ixracatında da eyni yanaşma tətbiq olunacaq. Biz indi hazırıq. Bizim taxıl ixrac potensialımız 30 milyon tondur. Bu ilin sonuna ixrac imkanlarımız 50 milyon tona yüksələcək”.
 


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Daha 6 baş minaaxtaran it əməliyyatlara cəlb olunacaq

  İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yaradılması və təhlükəsiz yaşayış mühitinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası...

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirildi

Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər ver...

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...