Azərbaycan avtomobil hissələrinin idxalını artırdı – 6 ayda 18 milyon dollar
İqtisadiyyat
13:21 / 18.07.2022
12397
Azərbaycan 2022-ci ilin birinci yarısında 125,4 milyon dollar dəyərində avtomobil ehtiyat hissələri idxal edib.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin birinci yarısı ilə müqayisədə ehtiyat hissələrinin idxalına çəkilən xərc 18 milyon dollar artıb. Əvvəlki ilin ilk yarısında 107,053 milyon dollar dəyərində idxal həyata keçirilmişdi.
Vasif
Sfera.az