Azərbaycanın xarici ticarətində müsbət saldo 3,54 dəfə artıb

Azərbaycanın xarici ticarətində müsbət saldo 3,54 dəfə artıb

Bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyard dollardan çox və ya 74,6 faiz artaraq 24,83 milyard dollara yüksəlib.


Sfera.az xəbər verir ki, ötən ilin birinci yarısında xarici ticarət dövriyyəsi 14,2 milyard dollar olduğu halda, bu ilin eyni dövründə 24,83 milyard dolları ötüb.
Xarici ticarət dövriyyəsinin kəskin artmasının əsas səbəbi ixracın nəzərəçarpacaq dərəcədə artması ilə bağlıdır.


Ötən ilin birinci yarısında ixracımız 8,81 milyard dollar olmuşdursa, bu il 18,5 milyard dollar, idxal isə 5,39 milyard dollar olduğu halda bu il 6,35 milyard dollar təşkil edib.


İxracın daha çox artması hesabına xarici ticarətdəki müsbət saldo ötən ilki 3,42 milyard dollardan bu il 12,1 milyard dollara yüksəlib. Müqayisə göstərir ki, xarici ticarətin müsbət saldosu bu il 3,54 dəfə artıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Putin Paşinyanı Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Sfera.az&nbs...

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...