Azərbaycana bu avtomobillərin idxalı niyə azalır? – SƏBƏBLƏR

Azərbaycana bu avtomobillərin idxalı niyə azalır? – SƏBƏBLƏR

Bu il Azərbaycana idxal edilən minik avtomobillərinin sayında azalma baş verir.


Sfera.az xatırladır ki, ötən ilin birinci yarısında 36 741 ədəd minik avtomobili idxal olunduğu halda, cari ilin eyni dövründə 32 382 ədəd minik avtomobili idxal edilib.


2022-ci ildə minik avtomobillərinin idxalının azalması yeni gömrük idxal rüsumlarının tətbiqi ilə bağlıdır. Cari ildən benzin və dizel mühərikli avtomobillərin idxal xərcləri artırılıb, hibrid avtomobillərin isə idxal xərcləri azaldılıb.


Buna görə də bu il hibrid və elektrik avtomobillərinə tələb artdığı halda, digərlərinə tələb azalıb.


Bu hal idxal edilən minik avtomobillərində də özünü göstərir. Belə ki, idxal edilən hibrid avtomobillərin sayı 1 340 ədəd artaraq 6 218 ədədə, elektrik avtomobillərin sayı 117 ədəd artaraq 153 ədədə yüksəldiyi halda, digər avtomobillərin idxal sayı 31 827 ədəddən 26 011 ədədə qədər azalıb. Benzin, dizel və sıxılmış maye qazla çalışan avtomobillərin sayında 18 faizdən çox azalma qeydə alınıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...

Ərdoğan: "Biz Bəşər Əsədlə görüşməyə hazırıq"

Rəcəb Tayyib Ərdoğan Suriya ilə normallaşma prosesi ilə bağlı danışıb.   Sfera.az xəbər ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BM...