Azərbaycanda ən çox reklam bu sahələrə verilir

Azərbaycanda ən çox reklam bu sahələrə verilir

Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə ölkəmizdə reklam bazarının həcmi təxminən 25 faiz böyüyərək 99 milyon manata çatıb. Bir il əvvəl reklam bazarının həcmi 79,21 milyon manat, 2016-cı ildə 43,4 milyon manat idi.


Sfera.az xəbər verir ki, bazarın həcminin əsas hissəsi reklam fəaliyyətindən ibarətdir.


Reklam fəaliyyətinin həcmi 20 milyon manat artaraq 95,67 milyon manat olub. Bir il ərzində reklam fəaliyyətinin dəyərinin kəskin artması reklamın yerləşdirilməsinin dəyərinin artması ilə bağlıdır. 2020-ci ildə 12,6 milyon manatlıq reklam yerləşdirildiyi halda 2021-ci ildə yerləşdirilən reklamın dəyəri 31,72 milyon manata yüksəlib.


Reklamın yayılması isə əksinə bir qədər azalaraq 32 milyon manat olub.


Ötən il açıq məkanda yayılan reklamların dəyəri 8 milyon manat azalaraq 10,87 milyon manata düşüb, nəqliyyat vasitələrində yayımlanan reklamlar 3 dəfə artaraq 6,27 milyon manat, kütləvi informasiya vasitələrində yayımlanan reklamların dəyəri isə 3 milyon manat artaraq 14,8 milyon manat təşkil edib.


Kütləvi informasiya vasitələrində yayımlanan reklamın əsas hissəsi teleradio proqramlarının payına düşür. Burada yayımlanan reklamın dəyəri 2,74 milyon manat artmaqla 13,27 milyon manat, dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda yayımlanan reklamların dəyəri 300 min manat artaraq 1,32 milyon manata çatıb.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş nazir QƏRAR İMZALADI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.   Sfera.az xəbər verir ki...

Andrey Sibiqa: "Kreml Ukraynanın nüvə enerjisinin kritik obyektlərinə zərbələr endirməyə hazırlaşır"

Ukrayna xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışdan əvvəl Ukraynanın nüvə enerjisinin kritik obyektl...

Ukrayna “Vaqner”in bazasına zərbə endirdi, yanğın baş verdi

Bu gün Krasnodar diyarının Molkino şəhərində “Vaqner” özəl hərbi şirkətinin keçmiş bazasında yanğın baş verib.  Sfera.az Rusiya mediasına ...

“Tuğ” Qoruğunun Əsasnaməsi təsdiqləndi

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun Əsasnaməsi təsdiqlənib.   Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədo...

Dövlət Komitəsinin sədri Moskvada Beynəlxalq Müsəlman Forumunda çıxış etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Sülh yolu: dialoq harmoniyalı birgəyaşayışın əsası kimi” mövzusunda XX Beynəlxalq M...

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçildi

Azərbaycan “Elmdə Qadın və Qızların Dünya Paytaxtı” seçilib.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlu...