Logo

FED faizləri daha sürətlə artıracaq? - İnflyasiya maliyyə siyasətini sərtləşdirməyi tələb edir

FED faizləri daha sürətlə artıracaq? - İnflyasiya maliyyə siyasətini sərtləşdirməyi tələb edir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-da iyunda illik inflyasiyanın 9,1%-ə yüksəlməsindən sonra mərkəzi bank (FED) faizləri daha böyük sürətlə artıra bilər.

Sfera.az xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən maliyyə institutları FED-in növbəti toplantısında faiz dərəcələrinin 0,75 bənd yox, 1 bənd artıracağını proqnozlaşdırır. Daha böyük nisbətdə faizlərin artırılması ehtimalının yaranması dolların bahalaşmasını gücləndirir.

Qeyd edək ki, iyunda qeydə alınan inflyasiya son 41 ilin ən yüksək inflyasiyasıdır. Dinamika göstərir ki, ABŞ-da bahalaşma sürəti aydan-aya bir qədər də yüksəlir. Mayda 8,6% olan inflyasiya, iyunda 1,5% artaraq illik 9,1%-ə yüksələrək, gözləntilərin çox üstünə çıxdı. Qiymət artımına enerji və qida inflyasiyası daha çox təsir edib.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR