Azərbaycanda lirə bir qədər də ucuzlaşdı - Son illərin ən aşağı məzənnəsi

Azərbaycanda lirə bir qədər də ucuzlaşdı - Son illərin ən aşağı məzənnəsi

Azərbaycanda Türkiyə lirəsinin məzənnəsi bir qədər aşağı enib. Bu gün Mərkəzi Bankın açıqladığı məlumata görə bir lirə 9,74 qəpiyə enib.


Sfera.az bildirir ki, bugünki məzənnə son illərin ən aşağı məzənnəsidir.


Ölkəmizdə lirənin dəyər itirməsi dollar/lirə kursunun yüksəlməsi ilə əlaqəlidir. Bu gün dollar/lirə kursu 17,5 səviyyəsinə çatıb ki, bu da rekord göstəricidir.


Yay mövsümündə lirənin ucuzlaşması Türkiyədən idxalın artmasına səbəb olur, eyni zamanda ölkənin turizm xidmətlərindən istifadəni əlverişli edir.


Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR