Logo

Bu ölkədə benzinin qiyməti 2 dəfə artıb

Bu ölkədə benzinin qiyməti 2 dəfə artıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ilin əvvəlindən bir çox ölkədə benzinin qiymətində artım baş verib.

Sfera.az “Picodi.com” saytının məlumatına istinadən xəbər verir ki, ilin birinci yarısında ən yüksək qiymət artımı Türkiyədə qeydə alınıb.

Türkiyədə benzinin qiyməti 100 faiz (2 dəfə) artıb. Ukrayna və Moldaviya bahalaşma sürətinə görə növbəti yerləri tuturlar. Benzinin qiyməti Ukraynada 63,3 faiz, Moldavada 53 faiz yüksəlib.

ABŞ bahalaşma sürətinə görə 6-cı sıradadır. Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ölkədə benzin 40,5 faiz artıb. İkinci böyük iqtisadiyyat olan Çində bahalaşma 28,3 faiz təşkil edib.

Sayt yazır ki, ilin birinci yarısında Azərbaycan və Səudiyyə Ərəbistanında qiymətlər dəyişməyib, Qazaxıstanda isə 0,7 faiz enib.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR