Logo

Avropada təbii qazın qiyməti rekord həddə çatıb - Azərbaycan mavi yanacağını daha baha satır

Avropada təbii qazın qiyməti rekord həddə çatıb - Azərbaycan mavi yanacağını daha baha satır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropada qazın qiyməti 1000 kubmetr üçün 1900 dollara yüksəlib.

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Avropada qazın qiyməti martın əvvəlindən bəri ilk dəfə olaraq 1000 kubmetr üçün 1900 dolları ötüb.
London Fond Birjasında iyulun 7-də keçirilən ticarət zamanı Hollandiyanın mərkəzində avqust fyuçerslərinin qiyməti min kubmetr üçün 1926 dollara yüksəlib. Ümumilikdə ticarət başlayandan artım yeddi faiz təşkil edib.

Bundan əvvəl, iyulun 4-də Avropada qazın qiyməti rekord həddə çatıb və mart ayından bəri ilk dəfə olaraq hər min kubmetr üçün 1800 dolları ötüb.

Məlumata görə, yanacağın qiymətinə Rusiyadan, o cümlədən “Şimal axını” qaz kəməri vasitəsilə tədarükün azalması təsir göstərir. “Qazprom” bu qərarını qaz turbinli mühərriklərdəki texniki problemlərlə izah edir.

ABŞ-ın investisiya bankı olan “Goldman Sachs”in analitikləri isə bildiriblər ki, tədarük həcmi artıq əvvəlki səviyyəyə qayıtmayacaq. Norveçdə neft-qaz sənayesi işçilərinin qısamüddətli tətili də qiymətlərin nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub.

Qeyd edək ki, Avropada təbii qazın bahalaşması Azərbaycanın bu region ölkələrinə satdığı qazın da bahalaşmasına səbəb olur. Buna görə də bahalaşan qaz ölkəmizin ixrac gəlirlərini artırır.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR