Azərbaycanda əsas biçin hansı sahələrdə aparılır?
Azərbaycanda payızlıq taxıl əkini sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2 163 875 ton məhsul yığılıb.
Sfera.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, arpa sahələrinin 88 faizində biçin tam yekunlaşıb, hazırda əsas biçin buğda sahələrində aparılır.
Taxıl biçini prosesində 1 538 kombayn iştirak edir. Onlardan 645-i “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 893 kombayn cəlb edilib.
Bugünədək “Aqroservis” ASC-nin kombaynları ilə 277 617 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar ilə isə 426 593 hektar sahə biçilib.
Vasif
Sfera.az






