Logo

Azərbaycanda avro dollardan ucuz alınır: Avropa valyutası dəyərsizləşir

Azərbaycanda avro dollardan ucuz alınır: Avropa valyutası dəyərsizləşir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarında avronun alış qiyməti dolların alış qiymətindən aşağı düşüb. Azərbaycan Beynəlxalq Bankında dollar 1,697 manata alındığı halda, avro 1,689 manata alınır.

Sfera.az bildirir ki, avronun ucuzlaşması dolların bahalaşması ilə bağlıdır. Dollar xarici valyutalara qarşı bahalaşanda manat da həmin valyutalara nisbətən bahalaşır.
Avronun alış qiyməti dolların alış qiymətindən aşağı olsa da satış qiyməti dollardan xeyli yüksəkdir. Hazırda dollar 1,702 manata satıldığı halda, avro 1,768 manata satılır.

Avronun alış və satış qiymətlərində fərqin böyük olması Avropa valyutasının məzənnəsinin oynaqlığı ilə bağldır. Buradan aydın olur ki, banklar avronun ucuzlaşma ehtimalını yüksək qiymətləndirir.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR