Mərkəzi Bank kommersiya bankına 236 milyon dollar satıb
Azərbaycan Mərkəzi Bankı (AMB) “Azərbaycan Beynəlxalq Bankı”na 236 milyon dollar dəyərində xarici valyuta satıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, valyutanın satılmasında məqsəd bankın sabitliyinin daha da gücləndirilməsi və ötən dövrdən qalan valyuta mövqeyinin tənzimlənməsidir.
AMB bildirir ki, kommersiya bankına satılan valyuta 2022-ci ilin yanvar-iyun ayları ərzində daxili bazardan alınan vəsait hesabına ödənilib. Belə ki, ilk 6 ayda valyuta bazarında tarazlığı dəstəkləmək məqsədilə AMB daxili bazardan 297 milyon dollar həcmində valyuta alıb.
Mərkəzi Bank proqnozlaşdırır ki, valyuta bazarında tələbin aşağı olması nəzərə alınmaqla növbəti 2 ay ərzində AMB xarici valyuta ehtiyatlarını satılmış vəsait həcmində tam bərpa edəcək.
Vasif
Sfera.az