Azərbaycanda nə qədər mənzil var? - STATİSTİKA

Azərbaycanda nə qədər mənzil var? - STATİSTİKA

2022-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda 2 milyon 214 min ədədə yaxın mənzil var.

Sfera.az xəbər verir ki, bu, məlumat rəsmi qeydiyyata alınan, yəni çıxarışı (“kupça”) olan mənzillərə aiddir. 

 

Mənzillərin yarıdan çoxu 2 və 3 otaqlıdır. İki otaqlı mənzillərin sayı 736,85 min ədəd, üç otaqlı mənzillərin sayı 745,34 min ədəd olub.

 

Bunlardan başqa 234,62 min ədəd bir otaqlı,371,4 min ədəd dörd otaqlı, 125,6 min ədəd beş və daha çox otaqlı mənzil var.

 

Ölkəmizdə daha çox mənzil Bakıdadır. Paytaxtda 606,88 mindən çox mənzil var. Bakıda olan mənzillərin böyük hissəsi 2 və 3 otaqlıdır.

 

Mənzillərin sayına görə ikinci sırada Gəncə şəhəri gəlir. Burada 87,44 minə yaxın mənzil qeydiyyata alınıb. Gəncədən sonra Sumqayıtda (75,22 min), Xırdalan şəhərində (56 min) mənzil var.

 

Mingəçevir şəhərində (25,4 min), Şirvan şəhərində (20,7 min), Şəki şəhərində (16 min), Yevlax şəhərində (11,6 min), Lənkəran şəhərində (11 min) də mənzillərin sayı çoxdur.

 

Naxçıvan Muxtar Respublikasında isə 132 min ədəd mənzil var.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR