ABŞ neft buruqlarının sayını artırdı - Səbəb BAHALAŞMADIR
İqtisadiyyat
12:27 / 02.07.2022
20258
ABŞ-da bu həftə neft qazma qurğularının sayı 1 ədəd artıb.
Sfera.az xəbər verir ki, neft-mədən xidmətləri şirkəti “Baker Hughes” tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ölkədəki neft buruqlarının sayı 25 iyun-1 iyul həftəsində əvvəlki həftədən 1 ədəd artaraq 595-ə yüksəlib.
ABŞ-da neft qazma qurğularının sayı son 1 ildə isə 219 ədəd artıb. Bir il əvvəl 376 ədəd qazma qurğusu var idi. Hazırkı say əvvəlkindən 58 faiz çoxdur.
Məlumata görə, son bir ildə qazma qurğuların sayının artması neftin bahalaşması ilə bağlıdır.
Vasif
Sfera.az