Ukraynada minimum pensiya 129 manata çatdırılıb
İqtisadiyyat
14:06 / 01.07.2022
9777
Ukrayna hökuməti ölkədə pensiyaların minimum həddini artırıb.
Sfera.az xəbər verir ki, Ukraynada minimum pensiya 2227 qrivnaya çatdırılıb. Bu vəsait Azərbaycan milli valyutası ilə ifadədə 129 manata bərabərdir.
Hazırda Ukraynada minimum pensiya 117,5 manatdır.
Qeyd edək ki, Rusiyanın Ukraynanın bir hissəsini işğal etməsi səbəbindən ölkə iqtisadiyyatı ağır böhran keçirir. Bu vəziyyət ölkə iqtisadiyyatının gəlir səviyyəsinin azalmasına və nəticədə maaş, pensiya, müavinətlərin dəyərinin azalmasına səbəb olub.
Vasif
Sfera.az