May və iyunda xarici valyuta alışı kəskin azalıb
İqtisadiyyat
12:30 / 01.07.2022
13134
Azərbaycan Respublikası Dövlət Neft Fondu (Fond) tərəfindən 2022-ci ilin iyun ayı ərzində 278,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Sfera.az Fonda istinadən xəbər verir ki, iyun ayı da daxil olmaqla son 2 ayda xarici valyutanın satış həcmi kəskin azalıb. Belə ki, mayda 288 milyon dollar, iyunda 278,1 milyon dollar satılıb. İki ayda cəmi satış 566,1 milyon dollar olub.
Amma yalnız aprel ayında valyuta satışı 548,7 milyon dollar, martda 526,2 milyon dollar qeydə alınıb.
Son 2 ayda xarici valyutaya tələbin azalması səbəbindən Fond dövlət büdcəsinə daha az vəsait köçürür.
Vasif
Sfera.az