Dünyada neft hasilatını artırmaq mümkün olmur – “qara qızıl” uzun müddət baha satıla bilər

Dünyada neft hasilatını artırmaq mümkün olmur – “qara qızıl” uzun müddət baha satıla bilər

OPEK-in iki əsas üzvü - Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qiymət artımının qarşısını almaq üçün neft hasilatını artıra bilməyəcək.

Sfera.az  xəbər verir ki, bunu “Reuters”in məlumatına görə Fransa prezidenti Emmanuel Makron bildirib.

 

Makron ABŞ prezidenti Co Baydenlə söhbətində BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyana telefon danışığını xatırladıb. Sonuncu bildirib ki, ölkənin istehsal gücü artıq maksimum həddə çatıb.

 

Səudiyyə Ərəbistanı isə qısa müddətdə hasilatı gündə cəmi 150 min barel artıra bilir. Böyük həcmlər üçün krallığa təxminən altı ay vaxt lazımdır.

 

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri ən böyük neft istehsalçılarından hasilatın əhəmiyyətli dərəcədə artmasına nail olmaq istəyir. Əgər bu mümkün olarsa, dünya bazarında tələb və təklif balansını bərpa etmək mümkün olacaq.

 

Əks halda Avropa İttifaqının Rusiyadan neft alışını dayandırması qiymətləri bir qədər də yüksəldəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR