Özbəkistanla münasibətlərin daha da dərinləşməsi müşahidə olunur - İqtisadçı deputat

Özbəkistanla münasibətlərin daha da dərinləşməsi müşahidə olunur - İqtisadçı deputat

“İyunun 21-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib. Türk Dövlətləri Təşkilatının üzvü olan hər iki ölkə strateji münasibətlərə malikdirlər. Özbəkistan Azərbaycanın haqq işinə dəstək olan dövlətlərdəndir. Xüsusən də son illər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur”.


Sfera.az bildirir ki, bunun iqtisadçı deputat Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, iqtisadi əlaqələrə gəldikdə isə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub:


“Bu 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir. Pandemiya ilində ölkələr 82 milyon 318 min dollarlıq dövriyyəyə malik olublar. Bununla belə, Azərbaycan və Özbəkistan pandemiya dövründə öz aralarındakı ticari dövriyyələrini qoruyub saxlaya və hətta artıra biliblər. Belə ki, 2019-cu ildə dövriyyə 81 milyon 962 min dollar idi.


2011-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32.5 faiz artım deməkdir. Mərkəzi Asiya dövlətinə isə ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etmişik və burada da 44.9 faiz artım qeydə alınıb.


Xarici ticari əlaqələrin strukturuna gəldikdə isə, Azərbaycan Özbəkistandan ötən il 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. Bununla bərabər təzə meyvə (829 min dollar), paltaryuyan maşınları (538.7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504.9 min dollar), ayaqqabı (131.9 min dollar), təzə tərəvəz (51.1 min dollar) də idxal məhsulları arasındadır.


İxracatımıza gəldikdə isə ötən il 7 milyon 51 min dollarlıq şəkər məhsulları Özbəkistana göndərilib. Pandemiyadan öncə 4 milyon 864 min dolallıq etilen polimerləri, 621.9 min dollarlıq sürtkü yağları da dost ölkəyə ixrac olunub.


Gözlənilir ki, son dövlət səfəri münasibətlərin daha da dinamik inkişaf etməsinə zəmin yaradacaq və tərəflər qarşılıqlı olaraq mövcud potensialdan daha sıx faydalanacaqlar”.


Turan Rzayev

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Hansıkərə yağınıalmaq daha yaxşıdır:72, yaxud 82 faizli- fərq nədir?

Bir çox evdar qadınlar əmindirlər ki, yağ tərkibi 72 faiz olan kərə yağı keyfiyyətsiz məhsuldur və buna görə də onu mağazalardan almağa qorxurlar.   ...

Trampın gəlinindən gözlənilməz qərar

​​​​​​ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gəlini Lara Tramp hazırkı senator və dövlət katibi vəzifəsinə namizəd Mark Rubionun xeyrinə Florida ştatınd...

Yeni il yolkası neçəyə başa gəlir? - QİYMƏTLƏR

Yeni il bayramının ən önəmli simvollarından biri də məhz yolkadır. İstər uşaqların, istərsə də böyüklərin sevimlisi olan Yeni il yolkaları təkcə parklarda və ic...

Rafael İsgəndərovun nəvəsi ilə videosu gündəm oldu

Əməkdar artist Rafael İsgəndərovun sosial şəbəkədə paylaşdığı yeni video izləyicilərin marağına səbəb olub.   Məşhur aktyor nəvəsi Zəhra ilə birlikdə...

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış məlumatlar əsasında hazırlanmış icmal videoçarxını yayıb.   Sfera.az nazirliyin m...

Türkiyədə göl şaxtaya görə tamamilə dondu - FOTO

Türkiyənin Van bölgəsində Sıhke gölü donub.   Sfera.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.   Məlumata görə, Vandakı Sıhke g...