Özbəkistanla yeni əməkdaşlıqlar Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA

Özbəkistanla yeni əməkdaşlıqlar Azərbaycana nələr qazandıracaq? - AÇIQLAMA

“Özbəkistanla mövcud potensialın böyük hissəsi istifadəsiz qalıb”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı Eldəniz Əmirov prezident İlham Əliyevin bu ölkəyə səfərini dəyərləndirərkən deyib. O bildirib ki, ən yüksək səviyyədə iki ölkə arasında rəsmi görüşlərə ehtiyac böyük idi:

 

“Özbəkistan dünyanın 182 dövləti ilə ticarət əməkdaşlığı edir və nəticə olaraq 2021-ci ildə onun xarici ticarət dövriyyəsi 16 faiz (5,8 milyard dollar) artaraq Azərbaycandan daha çox olub – bizdə  35,5 mlrd.dollar, Özbəkistanda 42,1 milyard dollar. Amma bunlardan birinin digərində xüsusi çəkisi heç 0,5%-ə də çatmır. Mövcud potensiallar və məsafə yaxınlığını nəzərə alsaq, bu payı ciddi artırmaq potensialı böyükdür. Ən əsas ticarətin həcminin artırılması, biznes və regional səviyyədə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, birgə investisiya layihələrinin təşviqi kimi məsələlər öz həllini tapa bilər”.

 

Ekspert qeyd edib ki, nəqliyyat və tranzit sektorunda imkanlarının dəyərləndirilməsi hər iki ölkə üçün daha çox önəmlidir:

 

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizi faktorları Azərbaycanı transit ölkə kimi Özbəkistan üçün vacib ölkəyə çevirəcək. Təbii ki, buradan Azərbaycanın öz maddi qazancı və strateji mənfəətləri olacaq”.

 


Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR