Logo

Rusiya neftinə qiymət limiti tətbiq ediləcək – ABŞ və müttəfiqlərindən YENİ ZƏRBƏ PLANI

Rusiya neftinə qiymət limiti tətbiq ediləcək – ABŞ və müttəfiqlərindən YENİ ZƏRBƏ PLANI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-ın maliyyə naziri Janet Yellen Kanada və digər müttəfiqləri ilə Rusiyanın enerji gəlirlərini məhdudlaşdırmaq üçün Rusiyanın neft qiymətlərinə məhdudiyyət tətbiq etmək barədə danışıqlar apardığını bildirib.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, Kanadanın Toronto şəhərində jurnalistlərə açıqlama verən Yellen, Putinin gəlirlərini azaltmaq və Rusiya neftinin qiymətini aşağı salmaq üçün Avropa, ABŞ, Böyük Britaniya və digər ölkələrin enerji sanksiyalarını gücləndirəcək qiymət limitləri və ya istisnalarla bağlı danışıqlar apardıqlarını deyib. Yellen vurğulayıb ki, bunu etməklə yanaşı, qlobal bazarlara daha çox neft tədarükü də nəzərdən keçirilir.

Nazir bəyan edib ki, yeni mexanizm müəyyən məbləğdən yüksək qiymətə satılan neftin daşınmasına məhdudiyyət gətirəcək. Bu mexanizm hədəfinə sığorta və ya maliyyələşdirməni çətinləşdirməklə çatacaq. Yellen bəyan edib ki, mexanizm Rusiya neftinin dünya bazarlarına tədarükünü kəsmədən Rusiyanın neft gəlirlərini azalda bilər.

Məlumat üçün bildirək ki, 2022-ci ilin ilk 4 ayında Rusiyanın neft gəlirləri artıb. Beynəlxalq Enerji Agentliyi (UEA) Ukraynanın işğalından sonra sanksiya və məhdudiyyətlərə baxmayaraq, Rusiyanın neft gəlirlərinin 50 faiz artdığını bəyan edib. Agentlik aylıq hesabatında Rusiyanın 2022-ci ildə neft və neft məhsullarından hər ay 20 milyard dollar qazandığını qeyd edib.

Rusiyanın neft ixracının artmasında Hindistan və Çin əsas rol oynayıb. Bu ölkələr Avropanın almadığı neft və neft məhsullarını daha aşağı qiymətə alıb.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR