Logo

Avropa Venesueladan neft almağa başladı: İlk alıcı bu ölkə oldu

Avropa Venesueladan neft almağa başladı: İlk alıcı bu ölkə oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İki illik fasilədən sonra Avropa İttifaqına üzv olan ölkələr Venesuelladan neft idxalını bərpa edib.

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, neftlə doldurulan nəhəng tanker Venesueladan Avropaya yola düşməyə hazırlaşır. Neftin alıcısı isə İtaliyanın enerji şirkəti “Eni”dir. İtalyanlar ilk yükləmədə Cənubi Amerika ölkəsindən 650 min barel neft alacaq.

Ukraynanın işğalı ilə əlaqədar Rusiyaya qarşı sanksiyalar enerji bazarında tədarük çatışmazlığı yaratdıqdan sonra ABŞ-ın sanksiyalar tətbiq etdiyi digər ölkə Venesuela yenidən bazara daxil olur. Məlumata görə, Venesuela ikinci tankerin doldurulması üçün hazırlıq görür. İkinci tanker İspaniyanın “Repsol” enerji şirkəti üçün hazırlanır.

Xatırladaq ki, mayda ABŞ Venesuelaya qarşı sanksiyaların bir hissəsini yumşaltmaq qərarına gəlib. Bu çərçivədə ABŞ “Chevron”, “Eni” və “Repsol” şirkətlərinə Venesuelada qaz və neft hasilatına başlamaq üçün lisenziyalar verib.

Vasif 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR