Azərbaycan və Özbəkistan arasında ticarət əlaqələri genişləndiriləcək - FOTO
Kateqoriya məlum deyil
Özbəkistanın İnvestisiya və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratovla Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov arasında görüş keçirilib.
Sfera.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında məlumat verib.
Nazir bildirib ki, görüşdə Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin cari vəziyyəti və perspektivləri barədə müzakirə aparılıb:
"Özbəkistanın investisiya və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratovla ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və perspektivləri, ticarət əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli əməkdaşlığın inkişafı barədə müzakirə apardıq".








