Yüksək maaşlı yeni peşə: \"Çamadan stilisti\" - Nə iş görür?
İş dünyasında hər gün yeni bir peşə özünə yer tapır.
Sfera.az bildirir ki, bu dəfə varlılar istirahət geyimlərini xüsusi üslubda hazırlamaq üçün "çamadan stilist"i adlandırdıqları köməkçiləri işə götürməyə başlayıblar. Stilistlər bunu saatı 150 sterlinqə edirlər. Belə ki, həmin şəxslər varlıların tətildə özləri ilə aparacaqları paltarları seçirlər. Məqsəd isə sosial media paylaşımlarında dəbli və təqdirəlayiq pozalara uyğun üslubda olmaqdır. Bildirilir ki, bəzi varlı şəxslər isə stil dərdi çəkməmək üçün ailəvi şəkildə çamadanlarını stilistlərə hazırladırlar.
Beş nəfərlik bir ailənin çamadanı üç gündə 5 min funt sterlinqə hazırlanır. Peşənin incəlikləri istirahət anlayışını və gün ərzində lazım olacaq geyim və aksesuarları bilməkdən ibarətdir. Stilist müştərinin günün hansı saatında, nə işlə məşğul olacağını öyrənir. Daha sonra uşaqlarla çimərlik, qatılacaqları kokteyl, parti və s. uyğun paltarlar seçilir.
Oriona Robb adlı stilist yaxşı tətil çamadanı üçün əsas qaydanı bu cür izah edib: ”75 faiz təbii, 25 faiz rəngli parçalardan istifadə olunmalıdır. Ən çox maraq göstərənlər - uşaqlı iş adamları; moda şüurlu, texnologiya, hüquq və maliyyə sektorlarından yüksək səviyyəli idarəedici qadınlardır”.
Türkan
Sfera.az