Bədbin proqnoz: Bütün məhsullar yenidən BAHALAŞACAQ

Bədbin proqnoz: Bütün məhsullar yenidən BAHALAŞACAQ

Dünyanın ən böyük banklarından olan ABŞ-ın “JPMorgan Chase & Co” bankı məhsulların qiyməti ilə bağlı bədbin proqnoz açıqlayıb.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, "JPMorgan" əmtəə qiymətlərində yeni bahalaşma dalğası gözlədiyini bəyan edib.

 

Bank hesab edir ki, son aylarda təchizat zəncirində yaranan pozulmalar və Rusiya-Ukrayna müharibəsinin təsiri səbəbindən əmtəə qiymətlərində sürətli artımlar qeydə alınmasına baxmayaraq, qlobal səviyyədə qiymətlər daha 10 faiz yüksələcək.

 

Qurum Şimal yarımkürəsində yay mövsümündə qiymət artımlarının 10 faiz, ilin sonuna doğru isə 5 faiz ətrafında ola biləcəyini proqnozlaşdırıb.

 

Dünya üçün ən qorxulu ssenari neft qiymətləri ilə bağlıdır. Neft qiymətlərinin qısa müddətdə 150 dollara qədər yüksələ biləcəyini təxmin edən "JPMorgan" proqnozlaşdırır ki, bu qiymət dəyişikliyi dünya iqtisadiyyatını yeni böhrana sürükləyəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Müasir tibb inkişaf etmədiyi dövrlərdə komaya düşən insanlara nə edirdilər?

Qədim dövrlərdə komada olan insanlara necə davranıldığını heç düşünmüsünüzmü? Qədim dünyanın təbabəti bugünkü bildiyimizdən tamamilə fərqli idi. Bu şüursuzluq ə...

“Azərə donor tapılmışdı, sonra imtina gəldi”

Ötən gün dünyasını dəyişən aktyor Azər Baxşəliyevlə bağlı sənət yoldaşı İlkin Həsəni açıqlama verib.   Sfera.az xəbər verir ki, Xəzər TV-də qona...

Tramp Kanadanı ABŞ-yə qoşulmağa dəvət edib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdonun istefası fonunda Kanadanın ABŞ-yə 51-ci ştat kimi qoşulmasını yenidən təklif ...

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırdı

Daha bir aviaşirkət Rusiyaya uçuşları dayandırıb.   Sfera.az xəbər verir ki, Qanot Şərq aviaşirkəti (Özbəkistan) Rusiyaya istiqamətlər də daxil olmaq...

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Azərbaycan-İran sərhədində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədq...

ABŞ Konqresi prezident seçkilərində Trampın qələbəsini təsdiqlədi

ABŞ Konqresi birgə iclasında 5 noyabr 2024-cü il tarixində keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiqləyib. Seçkilərdə respublikaçı Donald Tramp qali...