Səhmlər dəyərdən düşür: Neft Fondunun aktivlərinə necə təsir edəcək? 

Səhmlər dəyərdən düşür: Neft Fondunun aktivlərinə necə təsir edəcək? 

Qlobal bazarlarda artan inflyasiya narahatlıqları və bunun fonunda mərkəzi bankların sərt maliyyə siyasəti yürütməsi dünyada səhmlərin ucuzlaşmasına səbəb olur.

 

Sfera.az bildirir ki, mərkəzi banklar sərt maliyyə siyasəti yürütməyə başlayanda iqtisadiyyatlarda aktivlik aşağı düşür, nəticədə gəlirlilik azalır, hətta bəzi hallarda tənəzzül yaşanır.

 

İnvestorlar bu qanunauyğunluğu bildiyindən mərkəzi bankların sərt maliyyə siyasətinə başlamasından sonra məcburiyyət olmadığı təqdirdə səhm almaq istəmirlər. Sərmayəçilər bilir ki, sərt maliyyə siyasətinin nəticəsində qiymətlər enəcək, şirkətlərin gəliri azalacaq və nəticədə səhmlər də ucuzlaşacaq. Səhmlərin ucuzlaşacağı öncədən bəlli olduğundan heç bir investor yüksək qiymətə səhm almaq istəməz.

 

Buna görə də son aylarda səhmlərə tələb zəiflədiyindən onların dəyəri enir.

 

“Bloomberg”in məlumatına əsasən 2021-ci ilin noyabrında 122 trilyon dollarla rekord səviyyəyə çatan səhm bazarının dəyəri ötən müddətdə 22 trilyon dollar və ya 18 faiz azalıb. Bu dövrdə kiçilmənin 12 trilyon dolları ABŞ səhmlərində, 1,9 trilyon dolları Çində, 1,5 trilyon dolları Yaponiya səhmlərində və 800 milyard dolları Honq Konq birjalarında olub. Avropanın əsas indekslərində ucuzlaşma isə 3 trilyon dollara çatıb.

 

Dünyada səhm qiymətlərinin enməsi Azərbaycanın valyuta ehtiyatlarının əsas hissəsinin saxlandığı Neft Fondunin investisiya portfelini də ucuzlaşdırır. Son məlumata əsasən investisiya portfelinin 17,9 faizi səhmlərdən ibarətdir. 2021-ci ilin sonunda səhmlərin payı 18 faizdən yüksək idi.

 

Səhmlərin payının azalması məhz qiymətli kağızların ucuzlaşması ilə bağlıdır. Böyük ehtimalla bu ilin birinci rübündə olduğu kimi ikinci rübdə də səhmlərin ucuzlaşması Fondun aktivlərinə mənfi təsirini davam etdirəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Cənazə biznesi sahibinin evindəki ürpədici kəşflər müstəntiqləri təəccübləndirdi

Koloradoda (ABŞ) dəfn evinin sahibi, 34 yaşlı Mayls Harford öz evində 35 yandırılmış insan qalıqlarını qanunsuz saxlamaqda ittiham olunur. İndi təqsirləndirilən...

Gündə bu qədər çörək yeyə bilərsiniz - Pəhrizdə olanlara ÇAĞIRIŞ

Dietoloq Yuliya Çexonina və ROSBIOTECH Universitetinin taxıl, çörəkbişirmə və qənnadı məmulatları texnologiyaları kafedrasının müdiri Yelena Taranova çörəyi tam...

“Simpsonslar”da ölümcül qasırğanın olacağı təsvir edilib: Pərəstişkarlar heyrətə gəlib

“Simpsonlar” cizgi serialının pərəstişkarları iddia edirlər ki, ssenaristlər Florida ştatını vuran və azı 17 nəfərin ölümünə səbəb olan qasırğanı əv...

Qadını öldürdükdən sonra özü də intihara cəhd etdi

Hollandiyanın Assen şəhərində 35 yaşlı Ukrayna vətəndaşının meyiti tapılıb. Hadisədən sonra intihara cəhd edən onun 40 yaşlı keçmiş sevgilisi cinayətdə şübhəli ...

4 litr su içən qadın xəstəxanalıq oldu - İlginc HADİSƏ

Avstraliyalı Nina Munro soyuqdəymə əlamətlərini "müalicə etmək" üçün təxminən dörd litr su içdikdən sonra ağır vəziyyətdə qalıb. Sfera.az xəbər ver...

TƏBİB-dən Tağı Əhmədovun ölümü ilə bağlı AÇIQLAMA

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Tağı Əhmədovun halının pisləşməsi səbəbilə çağırış daxil olub.   Sfera.az xəbər verir ki, ...