“Bitcoin” kəskin ucuzlaşdı: Kriptovalyuta bazarına necə təsir edir?

“Bitcoin” kəskin ucuzlaşdı: Kriptovalyuta bazarına necə təsir edir?

Kriptovalyuta bazarında, xüsusən də “Bitcoin”də ucuzlaşma davam edir.

 

Sfera.az xəbər verir ki, bu gün daha 10 faiz ucuzlaşan “Bitcoin”in birja dəyəri 22,6 min dollar düşüb.

 

Xarici maliyyə analitikləri hesab edir ki, ən dəyərli kriptovalyuta olan “Bitcoin”in ucuzlaşmasına səbəb riskli aktivlərdə tənəzzül narahatçılığının güclənməsidir.

 

Bu narahatçılıq kriptovalyuta bazarına mənfi təsir edir.

 

“Bitcoin”in dəyərində növdəti sərt düşmə bu ilin iyunun 6-dan sonra müşahidə edilib. Bu müddətdə ən bahalı kriptovalyutanın dəyəri 31 min dollardan 21 min dollar qədər enmişdi.

 

Uzunmüddətli dövrdə götürdükdə isə “Bitcoin”in qiyməti 2021-ci ilin noyabrın 8-də 67,5 min dollar yüksəldikdən sonra enişə keçib. Son 7 ayda “Bitcoin”in dəyəri 45,5 min dollar, yəni 3 dəfədən çox azalıb.

 

Ucuzlaşma prosesinin davam etməsi kriptovalyuta bazarının dəyərini də kiçildir. Artıq kriptovalyuta bazarının ümumi həcmi 1 trilyon dollardan aşağı düşüb. Ekspertlər proqnozlaşdırır ki, əgər “Bitcoin”in dəyəri 20 min dollardan da aşağı düşərsə, kriptovalyuta bazarına inam bir qədər də sarsılacaq.

 

Vasif

Sfera.az 


OXŞAR XƏBƏRLƏR