Qızıl alıb-satmadan öncə bir daha düşünün! - Yaxın günlərdə...

Qızıl alıb-satmadan öncə bir daha düşünün! - Yaxın günlərdə...

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,36% azalaraq 1868,8 ABŞ dollarına bərabər olub.

 

Ümumiyyətlə, son vaxtlar müəyyən templə qızın qiymətinin düşməsini və qalxmasını müşahidə edirik.

 

Maraqlıdır, sözügedən bahalı metalın qiyməti qarşıdakı aylarda necə ola bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli qızılın qiymətinin qalxmasının və enməsinin qarşılıqlı əlaqədə olduğunu deyib. O, buna əsas səbəb kimi FED-in faiz dərəcələri göstərib:

 

“Son bir neçə ayın nəticələrini müşahidə edərkən qızılın unsiyasının 1800-1900 dollar arasında dəyişdiyini görürük. Qızılın qiymətini düşürən və qaldıran faktorlar bir-birilə mübarizə aparır. Qızılın qiymətini artıran faktorlar pandemiya, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olan qeyri-müəyyənliklərdir. Belə məqamlarda qızıl təhlükəsizlik aktı hesab edilir və investorlar qızıla yatırım edir. Qızılın dəyərini atıran amillər pulun dəyərinin düşəcəyi və iqtisadiyyatda ciddi probemlərin artacağına dair gözləntilərdir. Qızılın qiymətinin düşməsinə səbəb olan amillər arasında Mərkəzi Bankların faiz dərəcəsini sürətlə artıracağına dair gözləntilər yer alır. Böyük Britaniya bankları ötən ilin sonlarından, Avropa Mərkəzi Bankı isə bu il iyunun ortalarından,  ABŞ mərkəzi bankları bir neçə aydır, faiz dərəcələrini artırır. Belə olanda da qızıl faiz gətirmir və insanlar sərmayədən çəkinirlər”.


Ekspert qarşıdakı zaman ərzində qızılın qiymətinin daha da düşə biləcəyini deyib:

 

“Ümumi gözləntilər bundan ibarətdir ki, FED faiz dərəcələrini artıracaq və infilyasiyanı nəzarət altında saxlayacaq. Bu gözlənti çərçivəsində qızılın qiymətinin düşə biləcəyi ehtimalı daha yüksəkdir. Yəni qızılın unsiyası 1800 dollardan da aşağı təqdim oluna bilər. Lakin əks proseslər baş versə, qızılın qiymətinin qalxması qaçılmazdır”.

 

Əzizə Zeynal 
Sfera.az


OXŞAR XƏBƏRLƏR