Bu ölkələrin Azərbaycana investisiyaları kəskin artdı - 629 milyon dollar

Bu ölkələrin Azərbaycana investisiyaları kəskin artdı - 629 milyon dollar

Bu ilin ilk üç ayının məlumatına əsasən, 3 ölkənin investisiyalarındakı kəskin artım hesabına Azərbaycana qoyulan birbaşa sərmayələrin həcmi 414 milyon dollara yaxın artaraq 1,814 milyard dolları ötüb.


Sfera.az bildirir ki, Kiprin birbaşa sərmayələri 172 milyon dollar artaraq 263,7 milyon dollara, Rusiyanın birbaşa sərmayələri 233 milyon dollar artaraq 249 milyon dollara, İsveçrənin birbaşa sərmayələri 115 milyon dollar artaraq 116,15 milyon dollara yüksəlib.


Adıçəkilən 3 ölkənin birbaşa sərmayələrində ümumilikdə 629 milyon dollara yaxın artım qeydə alınıb.


Azərbaycana ən çox birbaşa sərmayəni isə həmişə olduğu kimi Birləşmiş Krallıq edib. Bu ölkə birinci rübdə 429 milyon dollar sərmayə qoyub. Ötən ilin eyni dövrü ilə müqayisədə Birləşmiş Krallığın sərmayəsi 83,8 milyon dollar azalıb.


Bu il Azərbaycanın da xaricə yönəltdiyi birbaşa investisiyaları artıb. Birinci rübdə xaricə yönələn birbaşa investisiyaların həcmi 77,4 milyon dollar artmaqla 211,37 milyon dollara yüksəlib.


Azərbaycan ən çox birbaşa investisiyanı Avstraliyaya (56,2 milyon dollar), Birləşmiş Ərəb Əmirliyinə (46,7 milyon dollar), Türkiyəyə (22,7 milyon dollar), Almaniyaya (13,5 milyon dollar) və Birləşmiş Krallığa (10 milyon dollar) qoyub.


Bu il Avstraliyaya ilk dəfə olaraq sərmayə qoyuluşu həyata keçirilib.  

 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR