Logo

“Lukoyl”, “Qazprom” və “Rosneft”lə bağlı BÖHRAN DƏRİNLƏŞİR

“Lukoyl”, “Qazprom” və “Rosneft”lə bağlı BÖHRAN DƏRİNLƏŞİR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Enerji ixracının davam etməsinə baxmayaraq, Rusiyanın əsas istehsalçıları sanksiyaların təzyiqi altında satış bazarlarını itirirlər. Axınların Asiyadan Avropaya yönləndirilməsi isə çox uzun vaxt aparır.

Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, enerji şirkətləri “Lukoyl”, “Qazprom” və “Rosneft” böhrana son dərəcə aşağı istehsal xərcləri ilə daxil olub.

Enerji sektoru uzun müddətdir Rusiya iqtisadiyyatında üstünlük təşkil edir və indi bu sənayenin gələcəyi ilə bağlı sual yaranıb.

Artıq “BP”, “Shell” və “ExxonMobil” kimi əsas xarici tərəfdaşlar Rusiya bazarını tərk ediblər. Şirkətlər investisiya qoymağı dayandırır, alıcılar isə Rusiya neftini digərilə əvəz etməyə çalışırlar.

Asiyaya tədarükün genişləndirilməsi üçün infrastruktura milyardlarla dollar investisiya ehtiyacı Rusiyanın neft və qaz sənayesini uzunmüddətli tənəzzüllə təhdid edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR