Logo

Rusiya buğda ixracına tətbiq etdiyi rüsumu artırdı – Yeni qiymətlər

Rusiya buğda ixracına tətbiq etdiyi rüsumu artırdı – Yeni qiymətlər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya buğda və digər taxıl məhsullarının ixrac rüsumunu artıracaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, iyunun 8-dən 15-nə kimi Rusiyadan buğdaya ixrac rüsumu bir ton üçün 129,2 dollar, arpa ixracı üçün 76,5 dollar, qarğıdalı üçün 78,7 dollar təşkil edəcək. Buğda və meslin (buğda və çovdar qarışığı) üçün ixrac rüsumunun dərəcəsi bir ton üçün 383,4 dollar, arpa üçün 294,3 dollar, qarğıdalı üçün 297,5 dollar/ton qiymətlə hesablanıb.

Sfera.az xatırladır ki, iyunun 1-dən 7-nə kimi Rusiya buğdasına ixrac rüsumu bir ton üçün 121,2 dollar, arpa ixracına da 76,5 dollar, qarğıdalı üçün bir ton üçün 73,9 dollar təşkil edir. Bu il Rusiyadan buğda ixracı üçün rüsumun minimum dəyəri martın 16-dan martın 22-dək qüvvədə olub, o zaman bir ton üçün 86,3 dollar təşkil edib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR