Türkiyənin məzənnə siyasəti özünü doğrultmur - Lirə yenə ucuzlaşacaq

Türkiyənin məzənnə siyasəti özünü doğrultmur - Lirə yenə ucuzlaşacaq

Türkiyənin rəsmi qurumlarının açıqlamasına əsasən, ölkənin xarici ticarət əməliyyatlarında kəsirin həcmi artmaqda davam edir.

 

Sfera.az xəbər verir ki, mayda ixrac 15,2 faiz artaraq 18,973 milyard dollar, idxal 43,8 faiz artaraq 29,652 milyard dollar olub. Nəticədə bir ayda xarici ticarətdə 10,68 milyard dollar kəsir yaranıb.

 

Ötən ilin may ayında qeydə alınan kəsirlə müqayisədə bu il ticarət kəsirinin məbləği 6,68 milyard dollar artıb.

 

2022-ci ilin ilk 5 ayında ixrac 20,4 faiz artaraq 102,5 milyard dollar, idxal 41 faiz artaraq 145,74 milyard dollar olub.

 

İlk 5 ayda xarici ticarət kəsiri 43,23 milyard dollar olmaqla, 36 faiz artım göstərib.

 

Qeyd edək ki, Türkiyə hökuməti lirənin ucuzlaşmasına şərait yaratmaqla ixracı daha çox artırmaq və bunun hesabına ticarət kəsirini azaltmaq istəyirdi. Amma nəticələr göstərir ki, ucuz lirə idxalı daha çox artırır və buna görə də kəsir nəinki azalmır, əksinə bir qədər də artır. Bu vəziyyət lirənin gələcəkdə də ucuzlaşacağına dair ehtimalları gücləndirir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

14 fevralda Ebru Gündəşi dinləmək üçün 100 min verəcəklər

Sevgililər Günündə Türkiyənin məşhur müğənnisi Ebru Gündeş möhtəşəm konsert proqramı ilə sevənlərinin qarşısına çıxacaq.   Sfera.az türk mediasıa ist...

Tramp İranla bağlı sənədi imzaladı: Azərbaycan və bölgə üçün təsiri nə olacaq? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp İran İslam Respublikası hökumətinə maksimum təzyiqi bərpa edən, İranı nüvə silahına aparan bütün yolları rədd edən və İranın xaricdə...

Ağdərədə silah-sursat aşkarlandı- FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar e...

Çörəklərdə un qurdundan istifadə olunacaq - Yeni QƏRAR

Avropa İttifaqı ölkələrində ultrabənövşəyi radiasiya ilə müalicə olunmuş un qurdlarının süfrəsindən qida maddəsi kimi istifadə etmək mümkün olacaq.  &nb...

Azərbaycan Ukraynaya 1 milyon dollar yardım ayırdı - SƏRƏNCAM

Azərbaycan Ukraynaya 1 milyon dollar həcmində humanitar yardım göstərəcək.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam i...

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqləndi

Azərbaycanla BMT arasındakı Töhfə Sazişi təsdiqlənib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.  ...