Logo

Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək

Azərbaycanın dövlət büdcəsinə dəyişiklik ediləcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu ay “2022-ci il dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.

Sfera.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

“Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dollarını keçib. Əlavə vəsaitlər var. Odur ki, büdcəyə yenidən baxılması zərurəti yaranıb”, - deyə o qeyd edib.

V.Əhmədovun sözlərinə görə, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir:

“Bu işləri daha da sürətləndirmək üçün əlavə vəsaitə ehtiyac ola bilər. Prezident İlham Əliyev həmin işləri diqqət mərkəzində saxlayır, həmin ərazilərə tez-tez səfər edir. Nazirlərin də əksəriyyəti həmin ərazilərdə iş başındadır”.

“Bundan başqa, büdcəyə dəyişikliklər zamanı sosial sahəyə də əlavə vəsaitin ayrılması nəzərdə tutula bilər”, - deyə deputat əlavə edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR