“Qazprom” iki Avropa ölkəsinə qaz nəqlini dayandırdı
Kateqoriya məlum deyil
Rusiyanın “Qazprom” şirkəti Danimarka və Almaniyaya qaz nəqlini tam olaraq dayandırıb.
Sfera.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət yayıb.
Bildirilir ki, Rusiya şirkəti Danimarkanın “Orsted Salg & Service A/S” və Almaniyanın “Shell Energy Europe” şirkətlərinə qaz tədarük etməyəcək. Buna səbəb isə sözügedən şirkətlərin Rusiya qazına görə rubl ilə ödəniş etməməsi olub.
Qeyd edək ki, “Qazprom” şirkəti aprelin 1-dən etibarən Rusiyaya qeyri-dost münasibəti nümayiş etdirən ölkələrdən qaza görə ödənişləri rubl ilə qəbul etməyə başlayıb.






