Dollarla verilən kreditlərdə faizlər düşür: yeni faizlər nə qədərdir?

Dollarla verilən kreditlərdə faizlər düşür: yeni faizlər nə qədərdir?

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən xarici valyutada verilən kreditlər üzrə faizlərdə enmə müşahidə edilir.



Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada olan kreditlər üzrə faizlərin azalma dinamikası həm hüqiqi şəxslərə, həm də fiziki şəxslərə ayrılan kreditlərdə görünür.



2020-ci ilin əvvəlində xarici valyutada verilən kreditlərdə illik faizlər hüquqi şəxslərdə 5,33 faiz, fiziki şəxslərdə 8 faiz idi. Aprel ayının sonuna olan məlumata əsasən isə faizlər hüquqi şəxslərdə 4,68 faizə, fiziki şəxslərdə 5,32 faizə enib.



Xarici valyutada olan kreditlər dedikdə əsasən ABŞ dollarında verilən kreditlər nəzərdə tutulur. Bu valyutada olan kreditlər üzrə faizlərin azalması 2 səbəblə bağlıdır.



Birinci səbəb tələbin zəifləməsidir. Son illərdə ümumi kredit qoyuluşunda xarici valyutada olan kreditlərin payı azalaraq 24,3 faizə (4,44 milyard manat) düşüb. 2015-ci ildə kreditlərin təxminən yarısı xarici valyutada idi.



İkinci səbəb isə xarici valyutada olan vəsaitlərin cəlb edilməsinin ucuz başa gəlməsidir. Hazırda böyük banklar xarici valyutada olan kreditləri əsasən 0,1-0,7 faizlə, orta və kiçik banklar 1-2,5 faizlə cəlb edir. Xarici valyutada cəlb edilən vəsaitlər banklara hüquqi şəxslərdə orta hesabla 1 faizlə, fiziki şəxslərdə 1,7 faizlə başa gəlir.



Qeyd edilən hər iki səbəbdən xarici valyutada kreditlərdə faizlər enir.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR