Ukrayna Rusiyanın 140 yanacaqdoldurma məntəqəsini alacaq

Ukrayna Rusiyanın 140 yanacaqdoldurma məntəqəsini alacaq

Ukrayna ərazisində Rusiyaya məxsus olan 140-a yaxın yanacaqdoldurma məntəqəsi Ukraynanın “Naftoqaz” dövlət şirkətinə veriləcək.



Sfera.az xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalının efirində “Naftoqaz” rəhbərinin müşaviri Oleksiy Ryabçin bildirib.



Onun sözlərinə görə, Rusiyaya aid olan 130-140 yanacaqdoldurma məntəqəsi “Naftoqaz”a təhvil verilmək üzrədir. “Hüquqi proses bir qədər vaxt aparacaq, amma məsələ yayda öz həllini tapacaq”, - deyə Ryabçin bildirib.



Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski yanacağın qiymətinin artmasının haqsız rəqabət yaratdığını nəzərə alaraq dövlət yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması barədə göstəriş verib.



Ryabçin bildirib ki, hakimiyyət benzin, dizel və avtoqazın qiymətlərinin dövlət tənzimlənməsini ləğv etsə də, yanacaqdoldurma məntəqələrində uzun növbələr aradan qalxmayıb, qiymətlər qalxıb. Mayın 17-nə dizelin orta qiyməti bir litr üçün 43,4 qrivnadan (1,47 dollar) çox olub.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR