Pandemiyadan sonra hansı sahələrdə kredit qoyuluşunda artım var?

Pandemiyadan sonra hansı sahələrdə kredit qoyuluşunda artım var?

Pandemiyadan sonra Azərbaycanda kredit qoyuluşunda artım müşahidə edilir.



Artım həm biznes, həm də istehlak kreditlərində baş verir.



Sfera.az xəbər verir ki, ümumi kredit qoyuluşunda artım miqdar ifadəsində biznes kreditlərində daha güclü olması ilə diqqəti cəlb edir.



2020-ci ilin sonuna olan məlumata görə, ümumi kredit borcu 14,157 milyard manat idi. Bunun 8,478 milyard manatı biznesə verilən kredit olub.



2022-ci ilin aprelin sonunda cəmi kredit borcu 17,84 milyard manata, biznesə verilən kreditlərin həcmi isə 10,328 milyard manata yüksəlib.



Ötən müddətdə biznesə verilən kreditlərin həcmində 1,85 milyard manat artım baş verib.



2020-ci ildən sonra istehlak məqsədilə verilən kreditlər 1,279 milyard manat, ipoteka kreditləri 554 milyon manat artıb.



Müqayisə göstərir ki, son ilyarımda biznesə verilən kreditlərin həcmindəki artım istehlak kreditlərindən daha böyük olub.



Lakin qeyd edək ki, istehlak kreditlərində artım sürəti hələ də yüksəkdir. Son ilyarımda istehlak kreditləri 35 faiz artdığı halda, biznes kreditlərində artım 22 faiz təşkil edib.



Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR