Türk lirəsi dəyərsizləşir: Bir manat 9,62 lirəyə yüksəlib

Türk lirəsi dəyərsizləşir: Bir manat 9,62 lirəyə yüksəlib

Mayın əvvəlindən Türkiyə lirəsinin ucuzlaşmasında müşahidə edilən yeni ucuzlaşma dinamikası son günlər bir qədər də güclənib.

 

Sfera.az xəbər verir ki, ayın əvvəlində 1 dollar 14,73 lirə olduğu halda, hazırda məzənnə 16,4 səviyyəsinə çatıb. Ay ərzində dollar lirəyə qarşı 11,33 faizdən çox bahalaşıb.

 

Dolların lirə qarşı bahalaşması dolayısı ilə manat lirə kursunda da dəyişikliyə səbəb olub. Ayın əvvəlində bir manat 8,69 lirə olduğu halda hazırda 9,62 lirə təşkil edir.

 

Lirənin bu dərəcədə ucuzlaşması Türkiyədən mal alan, eyni zamanda qardaş ölkəyə turist səfərinə gedən şəxslər üçün əlverişlidir. Onlar mayın əvvəlində 100 manatla 869 lirəlik mal və xidmətdən istifadə etdiyi halda, hazırda 962 lirəlik mal və xidməti ala bilir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR