Logo

Rubl yenə ucuzlaşacaq - FAİZLƏR ENDİRİLDİ

Rubl yenə ucuzlaşacaq - F AİZLƏR ENDİRİLDİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Mərkəzi Bankının direkotlar şurasının bu gün keçirdiyi toplantısında uçot dərəcəsini 14 faizdən 11 faizə endirilməsi haqqında qərar qəbul edib.

Sfera.az xəbər verir ki, Məkəzi Bank bu qərarını inflyasiya təzyiqinin zəifləməsi, əhalinin və biznesin inflyasiya gözləntilərinin azalması və rublun məzənnəsinin yüksəlməsi ilə əlaqələndirib.

Açıqlamada bildirilir ki, apreldə illik inflyasiya 17,8 faizə çatsa da, mayın 20-nə olan hesablamaya görə, bahalaşma sürəti 17,5 faizə enib.

Uçot dərəcəsinin azaldılmasından sonra dolların məzənnəsi 1,61 rubl bahalaşaraq 60,94 rubl, avronun məzənnəsi 1,27 rubl bahalaşaraq 63,33 rubl təşkil edib.

Gözlənilir ki, faiz dərəcələrinin enməsindən sonra qarşıdakı günlərdə də rublda bahalaşmanı səngidəcək və bir qədər ucuzlaşma baş verəcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR