Logo

Dövlət büdcəsindən ən çox subsidiya alan şirkətlər - SİYAHI

Dövlət büdcəsindən ən çox subsidiya alan şirkətlər - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dövlət müəssisələrinin dövlət büdcəsindən aldığı subsidiyaların məbləği son 3 ildə davamlı artıb.

Sfera.az Hesablama Palatasına istinadən xəbər verir ki, dövlət müəssisələrinə 2019-cu ildə 233,2 milyon manat subsidiya ayrıldığı halda 2021-ci ildə 558,1 milyon manat subsidiya ayrılıb. Üç ildə dövlət müəssisələrinə verilən subsidiyaların məbləği 2,39 dəfə artıb.

Ən böyük subsidiyanı alan dövlət şirkətləri “Bakı Metropoliteni” QSC (39,2 milyon manat), Azərbaycan Televiziya və Radio Verilişləri QSC (34,1 milyon manat), ”Təmiz Şəhər'' ASC (33 milyon manat), “Azəristiliktəchizat'' ASC (26 milyon manat), “İctimai Televiziya və Radio Yayımları Şirkət' (17 milyon manat), “Azərsu'' ASC (13 milyon manat) olub.

Hesablama Palatasının rəyinə əsasən, dövlət müəssisələrinə subsidiyaların verilməsi mexanizmini tənzimləyən konkret meyarlar olmalıdır. Qurum hesab edir ki, meyarların olmaması subsidiyalardan istifadənin effektivliyinə, səmərəliliyinə təsir edə biləcək haldır.

2021-ci ilin dövlət büdcəsində subsidiyalar üzrə ümumilikdə 1,385 milyon manat məbləğində vəsait icra edilib. Bu məbləğ 2020-ci illə müqayisədə 28,4% çoxdur. Subsidiyanın əvvəlki illə müqayisədə artımı dövlət müəssisələrinə və hüquqi şəxslərə digər subsidiyaların artımı hesabına olub.

Son 3 ildə dövlət müəssisələrinə subsidiyaların verilməsi artdığı halda qeyri-dövlət müəssisələrinə subsidiya ayrılması xeyli azaldılıb. Ötən müddətdə qeyri-dövlət müəssisələrinə verilən subsidiyaların məbləği 1,188 milyard manatdan 112,1 milyard manata düşüb.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR