Bu məhsulların qiyməti niyə bahalaşıb? – RƏSMİ AÇIQLAMA

Bu məhsulların qiyməti niyə bahalaşıb? – RƏSMİ AÇIQLAMA

“Dünyada baş verən iqtisadi və siyasi proseslərin fonunda dünya bazarında ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artımlar müşahidə olunur. Dünya bazarında baş verən artımlar öz təsirini Azərbaycan bazarına da göstərməkdədir”.

 

Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Azərbaycanda yağın və təmizlik vasitələrinin qiymətində baş verən artımla bağlı 11 aprel 2022-ci il tarixində ünvanladığımız sorğuya 24 may tarixində verilən cavabda bildirilir.

 

Dövlət Xidmətindən qeyd edilib ki, təmizlik vasitələri, kərə yağı və bitki yağlarının qiyməti dövlət tərəfindən tənzimlənmir.

 

“Qanunvericiliklə qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənməyən malların (işlərin, xidmətlərin), o cümlədən kərə və bitki yağlarının, təmizlik vasitələrinin qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında mövcud qanunvericiliyin tələblərinə əməl etməklə təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

 

Eyni zamanda istehlak bazarında qiymət manipulyasiyalarına yol verilməməsi üçün iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidməti qanuna müvafiq tədbirlər həyata keçirir. Belə ki, bazarda əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı Antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında qiymətlərin mütəmadi monitorinqi aparılır. Tədbirlər çərçivəsində Dövlət Xidməti bir sıra qida məhsullarının qiymətində olan dəyişikliklərin antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olmasının yoxlanılması məqsədilə bazarda araşdırmalar aparır”, - deyə qurumdan bildirilib.

 


OXŞAR XƏBƏRLƏR