Logo

Agentlik bu şirkətdən 12,8 milyon manatlıq dərman alacaq

Agentlik bu şirkətdən 12,8 milyon manatlıq dərman alacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi (Agentlik) "Zeytun Pharmaceuticals" MMC-dən 12,77 milyon manat dəyərində dərman alacaq.

Sfera.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, dərman alışı ilə bağlı iki qurum arasında müqavilə bağlanıb. Müqaviləyə əsasən, dərman vasitələri imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün istifadə olunacaq.

Xatırladaq ki, Agentliklə "Zeytun Pharmaceuticals" MMC arasında tibbi vasitələrin alışına dair çoxsaylı müqavilələr imzalanıb. Yalnız 2022-ci ildə 7 (son müqavilə ilə birgə - red.) razılaşma bağlanıb. Son müqavilə dəyərinə görə cari ildə bağlanan ən böyük müqavilədir.

Vasif
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR