Logo

“Lukoyl”da Vahid Ələkbərovu o əvəz edəcək - FOTO

“Lukoyl”da Vahid Ələkbərovu o əvəz edəcək - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Lukoyl”un Direktorlar Şurası 2022-ci il aprelin 21-də keçiriləcək iclasında müvəqqəti yeganə icra orqanının seçilməsi və səhmdarların növbədənkənar yığıncağının keçirilməsi məsələsini müzakirə edəcək.

Sfera.az xəbər verir kİ, bu barədə şirkətin yaydığı məlumatda deyilir.

Bu gün "Lukoyl"un daimi prezidenti Vahid Ələkbərovun şirkətdən və direktorlar şurasından istefasından sonra "Lukoyl”un rəhbəri vəzifəsinə 20 ildən artıq şirkətdə çalışan birinci icraçı vitse-prezident Vadim Vorobyov təyin edilib.

“Lukoyl”da Vahid Ələkbərovu o əvəz edəcək - FOTO

Qeyd edək ki, Vahid Ələkbərov şirkətdə 29 il işlədikdən sonra onu tərk edir. O, 1993-cü ildə "Lukoyl”un prezidenti və İdarə Heyətinin sədri seçilib. Şirkət özü də həmin il aprelin 5-də yaradılıb. Bu ilin aprel ayında o, Böyük Britaniyanın sanksiyalar siyahısına salınıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR