“Rusiyanın açıqlamaları məntiqi zorlayır" - Natiq Cəfərli
Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O, qeyd edilən mövzu ilə bağlı iki nümunə göstərib:
"Birincisi, deyirlər "NATO bizim sərhədlərə yaxınlaşırdı deyə Ukraynaya hücum etdik”. İndi öz ordusunu Ukraynada NATO sərhədlərinə daha yaxın gətirdilər. Tutalım, Ukraynanı tam işğal etsələr, Qərbdə 4 NATO ölkəsi ilə yeni sərhədi olacaq: Şimalda 3 Baltikyani ölkə və Norveç, Qara dənizdə isə Türkiyə. İndi Ukraynanı işğal etsələr, 4 Şərqi Avropa ölkəsi ilə də sərhədi olacaq, nəticədə sərhədində tam 9 NATO ölkəsi olacaq - hanı məntiq?!
İkincisi, Rusiya deyir ki, düşmən ölkələrə mallarımı rubulla, dost ölkələrə isə dollar/avro ilə satacam. Əslində tərsinə olmalı deyildimi?! Altı il öncə Çinlə milli valyutalarla ticarətə keçmək haqqında qərar verdilər - dedilər ki, dost ölkələr milli valyuta ilə ticarət edər, dollardan imtina edər. Yəni, müqavilə mətnində belə yazmışdılar, indi tərsini deyir - hanı məntiq?!”.
N.Cəfərli xatırladıb ki, 6 il əvvəl Rusiya-Çin arasında ticarət dövriyyəsinin 78%-ə yaxını dollar idi, indi 49%-ə düşüb:
"Deyəcəksiz, gördüz, dollardan imtina edirlər, milli valyutaya keçirlər. Tələsməyin, sadəcə avro ilə ticarət 30%-i keçib, artan avro olub. Bu gün 79% ticarətləri avro/dollarla olub, isveçrə frankı və funt da artıb - 6 il əvvəl hər iki valyuta qarşılıqlı ticarətdə cəmi 4% bu valyutalar var idi, indi 11%-ə yaxındı. 6 il əvvəllə nisbətən indi milli valyutalarda ticarət dövriyyəsi artıb, 6 il əvvəl 9% idi, indi 10% olub - böyük "artımdır". Bu 10%-in içində 8,5% yuan, 1,5% rubldur”.
Türkan
Sfera.az






