“Azercell”dən gözlənilməz addım: Qiymətləri qaldırır
Sfera.az telekommunikasiya şirkətinə istinadla xəbər verir ki, bundan sonra şirkət gündəlik 500 meqabayt və aylıq 60 meqabaytlıq tarifləri ləğv edib.
Telekommunikasiya şirkəti bildirir ki, bununla o təklif etdiyi internet paketlərinin "çeşidini optimallaşdırmağı planlaşdırır”.
Beləliklə, 15.04.2022-ci il tarixdən başlayaraq internet paketlərindən istifadə edən abunəçilər üçün aşağıdakı şərtlər tətbiq ediləcək:
Gündəlik 500 MB (qiyməti 1.20 AZN), aylıq 60 MB, eləcə də, limitsiz gecə (qiyməti 2 AZN) paketləri təklif olunan məhsul siyahısından çıxarılacaq və növbəti yeni qoşulmalar mümkün olmayacaq. Həmin paketlərə 15.04.2022-ci ilə kimi qoşulan abunəçilər, paketi deaktiv etmədikləri təqdirdə istifadəyə davam edə biləcəklər.
1 saat limitsiz internet paketinə – 0.59 AZN (hazırda 0.50 AZN); 3 saat limitsiz internet paketinə – 1.49 AZN (hazırda 1.20 AZN); 6 saat limitsiz internet paketinə – 2.39 AZN (hazırda 1.89 AZN); Həftə sonu limitsiz internet paketinə – 2.99 AZN (hazırda 1.50 AZN) xidmət haqqı tətbiq ediləcək.
"Azercell” 15.04.2022-ci il tarixdən etibarən "Bölgə” tarifi üçün hesablama interval iki dəfə artırılmaqla 60 saniyə kimi tətbiq ediləcək.
Xatırladaq ki, "Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42.08 milyon manatdır. Şirkətin səhmlərinin 51.3%-i dövlətə məxsus olan "AzInTelecom” MMC-yə, 42.2%-i Türkiyənin "Cenay İletisim” şirkətinə, 6.5%-i isə Maltanın "FA Invest” şirkətinə məxsusdur.






