Logo

Vahid Ələkbərov 6,2 milyard dollar ziyana düşdü

Vahid Ələkbərov 6,2 milyard dollar ziyana düşdü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya-Ukrayna müharibəsi rus milyarderlərə də təsirsiz ötüşməyib.

Sfera.az bildirir ki, "Bloomberg”in məlumatına görə, iş adamları bir gündə 40 milyard dollar itiriblər. Belə ki, sanksiyalardan sonra Rusiyanın "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov 6,2 milyard dollar ziyana düşüb. "Severstal”ın Direktorlar Şurasının rəhbəri Aleksey Mordaşovun bir günlük zərəri 4,2 milyar dollar olub.

Rusiyanın ən zəngin adamı Vladimir Potanin də daxil olmaqla, ən azı dörd rusiyalı milyarder, bir gündə 3 milyard dollarlıq ziyana uğrayıb. Böyük Britaniyanın bazar ertəsi  günü sanksiya tətbiq etdiyi Ələkbərov və Gennadi Timçenkonun bu il sərvətlərinin 40%-dən çoxunu, yəni 10 milyard dollarını itirdiyi bildirilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək barədə qərarı ilə əlaqədar ABŞ, Aİ və bir sıra digər ölkələr Rusiyanın ən böyük bank və təşkilatlarına qarşı sanksiyalar tətbiq edib. Nəticədə Rusiyada fond bazarı əsas hərracların nəticələrinə görə fevralın 24-də 33,28 % dəyər itirib. Ümumilikdə fevralın 16-dan bəri rusiyalı milyarderlər 90 milyard dollar itirib.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR