Müharibə Ukrayna iqtisadiyyatını dağıdır: Milyardlarla dollarlıq zərər...

Müharibə Ukrayna iqtisadiyyatını dağıdır: Milyardlarla dollarlıq zərər...
Gərgin hərbi-siyasi vəziyyətin uzanması Ukraynadakı iqtisadi və sosial vəziyyəti bir qədər də ağırlaşdırır.  

Sfera.az bildirir ki, müharibə başlayana qədər də Ukrayna iqtisadiyyatı yaranmış vəziyyətə görə zərərlə üzləşirdi. Prezident aparatının rəhbərinin müavini Rostislav Şurma ölkə ətrafında hərbi-siyasi vəziyyətin gərginləşməsinin iqtisadiyyata hər ay 2-3 milyard dollar zərər vurduğunu söyləmişdi. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər, hava səyahətlərinin azalması şəklində özünü göstərirdi.   

Həmçinin spekulyativ təzyiqlər var idi. Spekulyativ təzyiqlər məzənnəyə təzyiqi artırır və bu qeyd edilən itkidən başqa iqtisadiyyat daha 1,5-2 milyard dollar itirdi. Müharibəyə qədər ümumi itki aylıq 4-5 milyard dollar və ya günlük 150-200 milyon dollar təşkil edirdi. 

Artıq müharibə də baş verib. Müharibə bütün ölkə ərazisinə yayıldığından, o, iqtisadiyyatı iflic edir, dövlət və şəxsi əmlaka maddi zərər dəyir, ölkədən maliyyə aktivlərinin çıxışı baş verir. Bunlardan başqa ölkə hər gün çoxlu sayda hərbi texnika və silah-sursatdan istifadə edir, onların bir çoxu məhv olduğundan yeni hərbi texnikaya, dolayısı ilə əlavə vəsaitə ehtiyac yaranır.  

Genişmiqyaslı müharibə iş yerlərinin bağlanmasına, əhalinin pul və başqa gəlirlərinin azalmasına, nəticədə isə iqtisadiyyatda istehsal göstəricilərinin pisləşməsinə səbəb olur.  
 
Ukrayna rəsmiləri müharibə səbəbindən ölkənin iqtisadi zərərlərinin miqdarı haqqında xüsusi araşdırma aparmayıb. Lakin həm dövlətin, həm özəl sektorun, həm də ev təsərrüfatlarının itkiləri nəzərə alındığında iqtisadiyyata dəyən zərərin böyük olacağı təxmin edilir.  

2021-ci ildə Ukraynada 181 milyard dollarlıq məhsul istehsal olunub. İstehsal göstəricilərinin 2022-ci ilin sonunda azalacağı dəqiqdir. Əgər müharibə uzanarsa və nəticədə daha böyük dağıntı olarsa, zərər 100 milyard dolları ötəcək.  

2014-2015-ci il müharibəsi zamanı Ukrayna yalnız hərbi və digər bu məqsədlə həyata keçirilən tədbirlərə görə 52 milyard dollar xərcləmişdi.  

2022-ci ildə xərclərin daha böyük olacağı heç kimdə şübhə doğurmur.  

Vasif 
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil?

Əvvəllər yalnız məktəbdən ayrılmaq istəyən IX sinif şagirdlərindən ərizə tələb olunurdusa, indi X sinfə keçmək üçün də valideyn ərizəsi istənilir.   ...

Bakıda "Özbəkistan" parkının təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də Bakıda "Özbəkistan"...

Prezident: Azərbaycan beynəlxalq arenada Özbəkistanın imicinin artmasına ürəkdən sevinir

Biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynə...

Ölkədə yayılan virus COVID imiş...

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlam...

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Əfqanıstan Baş nazirinin müavini Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qani Baradarla görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kab...