Logo

Buğda son 10 ilin ən yüksək qiymətinə satılır

Buğda son 10 ilin ən yüksək qiymətinə satılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Buğda qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə yüksəlib.  

Dünyanın aparıcı və Avropanın "çörək səbəti” kimi tanınan Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bir buşel (27,12 kq) buğdanın  qiyməti 9,4 dollara yüksəlib.

Sfera.az xəbər verir ki, Rusiya Ukraynanı işğal etdikdən sonra buğda və qarğıdalı kəskin bahalaşıb.

Buğdanın qiyməti 2012-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Bu gün 6 faizə yaxın bahalaşan buğdanın qiymətləri həftəlik müqayisədə 16,3 faiz, ilin əvvəli ilə müqayisədə isə 21,3 faiz artıb. Münaqişənin uzanacağı təqdirdə buğda qiymətlərinin daha yüksək səviyyəyə çatacağı gözlənilir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR